• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müəllimlə direktor müavini arasında nə baş verib? - Prokurorluq işə qarışdı

CƏMİYYƏT

04 Aprel 2023 | 14:30

Müəllimlə direktor müavini arasında nə baş verib? - Prokurorluq işə qarışdı

“Qubada Birinci Nügədi kənd sakini, ibtidai sinif müəllimi Aygün Mustafayevanın özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib. 

Bildirilib ki, toplanmış sübutlar nəticəsində hadisəyə hüquqi qiymət verilərək müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qubada Birinci Nügədi kəndin 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi Aygün Mustafayeva və direktor müavini Sara Nağıyeva arasında mübahisə düşüb. 

Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.

Daha sonra Aygün Mustafayeva yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda onun intizamsız davranışları davam edir.

 

09:48

Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyevin sözlərinə görə, 47 yaşlı ibtidai sinif müəllimi Aygün Mustafayeva direktor müavininə hücum edib: “Məktəbin tədris işləri üzrə direktor müavini Sara Nağıyeva öz əmək funksiyasını yerinə yetirərkən Aygün Mirzəağa qızı Mustafayevanın dərs dediyi ibtidai sinfə daxil olub ki, dərsi dinləsin, sinfin vəziyyəti ilə maraqlansın. Bu zaman Aygün Mustafayeva onu təhqir edərək sinifdən çıxmasını tələb edib. Həmçinin direktor müavinini küncə sıxaraq boğmağa cəhd edib, onun boyunbağısını qırıb”.

V.İmaməliyev bildirib ki, bundan sonra da A.Mustafayeva intizamsız hərəkətlərini davam etdirib: “Biz bununla əlaqədar Pedoqoji Şuranın iclasını keçirdik. A.Mustafayeva əmək intizamını dəfələrlə kobud şəkildə pozub. Bu səbəbdən ona şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət verilib”.

O da məlum olub ki, hadisələrdən sonra A.Mustafayeva adi qaydada işinə davam edir. O, müsahibə verməkdən imtina edib.

Xatırladaq ki, müəllimlə direktor müavini arasındakı insidentdən sonra Aygün Mustafayeva barəsində polisə şikayət edilib. Bundan sonra Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində martın 31-də Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Polisə izahat vermək istəməyən müəllim yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026