• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tərtərdə QƏTL: Arvadını BIÇAQLADI

CƏMİYYƏT

04 May 2023 | 13:35 | Müəllif: Qalib İbrahimoğlu

Tərtərdə QƏTL: Arvadını BIÇAQLADI

Mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Tərtər rayon prokurorluğundan bildirilib.

Verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    İbtidai istintaq davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Sentyabr 2026