• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qubadlıda çətənə kolları aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

03 Iyun 2023 | 11:23

Qubadlıda çətənə kolları aşkarlandı - FOTOLAR

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib.

Ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1 673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.


Qubadlıda çətənə kolları aşkarlandı - FOTOLARQubadlıda çətənə kolları aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026