• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“OBA market” müştərilərini aldadıb - MƏHKƏMƏ BAŞLAYIR

CƏMİYYƏT

03 Iyul 2023 | 10:53

“OBA market” müştərilərini aldadıb - MƏHKƏMƏ BAŞLAYIR

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA market” MMC istehlakçıların hüquqlarını pozmasına görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “OBA market” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin  447.0.1-ci maddəsi ilə protokol tərtib olunaraq iş Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Məcəllənin 447.0.1-ci maddəsində qeyd edilib ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Tural Həsənovun sədrliyi ilə araşdırılacaq.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR