• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu restoranın sahibi cərimələndi - FOTO

CƏMİYYƏT

02 Avqust 2023 | 09:42

Bu restoranın sahibi cərimələndi - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli şəhəri Lətif Vəliyev küçəsində fəaliyyət göstərən “Kral” restoranından atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

“Faktla bağlı obyektin rəhbəri Elvar Usubov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib”.


Bu restoranın sahibi cərimələndi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026