• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu sinfin bütün şagirdləri tələbə adını qazandı

CƏMİYYƏT

01 Sentyabr 2023 | 00:42

Bu sinfin bütün şagirdləri tələbə adını qazandı

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər.

Bakıvaxtı.az xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan bir nəfəri Azərbaycan Dillər Universitetinə, bir nəfəri Bakı Slavyan Universitetinə, beş nəfəri Bakı Dövlət Universitetinə, bir nəfəri Xəzər Universitetinə, beş nəfəri Lənkəran Dövlət Universitetinə, üç nəfəri Dövlət İqtisad Universitetinə, bir nəfəri İdarəçilik Akademiyasına, bir nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə və bir nəfəri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olub.

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026