• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Kişini zorla maşına mindirərək döydülər

CƏMİYYƏT

01 Sentyabr 2023 | 09:20

Kişini zorla maşına mindirərək döydülər

Bakıda kişini zorla maşına mindirərək döyüblər.

Bakıvaxtı.az xəbər verir ki, 1994-cü il təvəllüdlü İmanov Rəşad Sədi oğlu Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, Binəqədi qəsəbəsi, Binəqədi yolu küçəsində yerləşən 4 saylı ETK yaxınlığında olduğu zaman onun yanına göy rəngli, dövlət nömrə nişanını bilmədiyi “Hyundai elantra” markalı avtomaşınla yaxınlaşan bir necə nəfər şəxslər ondan pul istəyib. Sonradan onu gəldikləri avtomaşına mindirərək döyüblər və cibində olan 1.310 manat pulunu alaraq avtomaşından düşürərək hadisə yerini tərk ediblər.

Cinayət törətmiş şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz ilkin istintaq-əməliyyat axtarış tədbirləri həyata keçirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026