• Bakı 16° C

    2.76 m/s

Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

CƏMİYYƏT

03 Iyul 2023 | 10:35

Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

İyulun 1-də Sumqayıtda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hazırda TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 3-ü (1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti stabil olmaqla) Reanimasiya, 1-i (vəziyyəti stabil olmaqla) isə Travmatologiya şöbəsində müailicə alır.

1 nəfər isə iyulun 2-də yaxınlarının iltizamnaməsi ilə digər ixtisaslı tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, iyulun 1-də Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026