Rusiya Silahlı Qüvvələri avqustun 2-nə keçən gecə "Şahed" tipli pilotsuz təyyarələrlə Kiyevə kütləvi hücum təşkil edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki. bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.
Onun sözlərinə görə, hücum eyni vaxtda bir neçə istiqamətdən olub. Hava hücumundan müdafiə qüvvələri və vasitələri bütün dronlarını məhv edib.
10-dan çox PUA -nın aşkar edilərək havadan məhv edildiyi deyilir.
Murad Məmmədli
















