• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Narkotiklə əlaqəli 1 qadın, 2 kişi saxlanıldı

CƏMİYYƏT

02 Avqust 2023 | 09:27

Narkotiklə əlaqəli 1 qadın, 2 kişi saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb. O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Pirverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.

Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026