• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Emin Əmrullayevdən valideynlərə ÇAĞIRIŞ

CƏMİYYƏT

03 Iyun 2023 | 11:28

Emin Əmrullayevdən valideynlərə ÇAĞIRIŞ

"Hər bir insanın içində bir istedad var. O istedadı vaxına üzə çıxartmaq isə əsas məsələdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, insanı dəyişdirən onun mühitidir: "İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərcləniləcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026