• Bakı 26° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Polisə tabe olmayan şəxs HƏBS EDİLDİ

CƏMİYYƏT

04 May 2023 | 12:39

Polisə tabe olmayan şəxs HƏBS EDİLDİ

Naxçıvanda polisə tabe olmayan şəxs həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ordubad rayonunun Dəstə kəndində qeydə alınıb. Belə ki, kənd sakini Nicat Vəliyev (ad-soyad şərtidir) həmkəndlsinin evinin qarşısında səs-küy salıb və söyüş söyüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb. N. Vəliyev isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, öz hərəkətlərini davam etdirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib.

Ordubad Rayon Məhkəməsinin qərarı ilə N. Vəliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib. /Unikal.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026