• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bu il Dövlət Neft Fondu AÇG-dən 1,8 milyard dollara yaxın gəlir əldə edib

İQTİSADİYYAT

07 May 2024 | 10:30

Bu il Dövlət Neft Fondu AÇG-dən 1,8 milyard dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 798,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Bakıvaxtı.az-a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin 4 ayının göstəricisi ilə müqayisədə 669,4 milyon ABŞ dolları və yaxud 27,1 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında ARDNF AÇG-dən 2 milyard 468 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.


SON XƏBƏRLƏR

18 May 2024