Karib hövzəsi Haiti ölkəsində 2022-ci ilin əvvəlindən 2769 nəfərin öldürüldüyü bildirilir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ölüm hallarının 80 faizindən çoxu odlu silahdan, 15 faizi isə bıçaq və kəsici materiallar səbəbindən olub.
Aprel ayından bəri ölkədə silahlı qrupların toqquşması nəticəsində 500-dən çox insan həyatını itirib, 3 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Nur