• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Putin Ərdoğanı təbrik etdi

DÜNYA

30 Dekabr 2022 | 15:38

Putin Ərdoğanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Yeni il bayramı münasibətilə təbrik məktubu göndərib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

V.Putin məktubunda Rusiya ilə Türkiyənin bundan sonra da birlikdə hərəkət edərək ikitərəfli əməkdaşlığı genişləndirəcəklərinə inamını ifadə edib.

Rusiya lideri, həmçinin 2022-ci ildə Moskva və Ankaranın bir çox sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirdiyini xatırladıb.

O bildirib ki, tərəflər arasında bir sıra layihələr uğurla həyata keçirilib.

V.Putin məktubunda yazıb ki, Türkiyə və Rusiya arasında əməkdaşlığın inkişafı Avrasiyada sabitlik və təhlükəsizliyi gücləndirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026