• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama

CƏMİYYƏT

29 Mart 2021 | 11:45

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama

Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki məlumat verilməyib.

Bunu Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Bildirilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

"Hələki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq".(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR