• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Bu il narkotiklə bağlı 1194 nəfər saxlanılıb

CƏMİYYƏT

16 Mart 2023 | 12:35

Bu il narkotiklə bağlı 1194 nəfər saxlanılıb

Bu ilin iki ayında narkotiklə bağlı cinayət məsuliyyətinə 1194 nəfər cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.

Qeyd edilib ki, onlardan 20 nəfəri xarici ölkə vətəndaşları olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 20 nəfər xarici ölkə vətəndaşından 10-u İran İslam Respublikası, 6-sı Türkiyə, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 32 kq 459,853 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR