• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sürücü “Azpetrol”dan şikayətçidir - FOTO

CƏMİYYƏT

15 Aprel 2023 | 12:06

Sürücü “Azpetrol”dan şikayətçidir - FOTO

Son zamanlar sürücülər Azərbaycanda avtomobil yanacağının keyfiyyətsizliyindən və  yanacaqdoldurma məntəqələrində onların aldadılması ilə bağlı şikayət edirlər. 

Bakıvaxtı.az xəbər verir ki, sürücü Emil Bayramov sosial şəbəkə hesabında “Azpetrol Ltd.” MMC tərəfindən aldadıldığını iddia edib. 

“Hər dəfə premium benzin məhsulunuzdan avtomobilimin çənini tam dolduranda ən azı 9-10 litr əlavə göstərirsiniz. 

Belə ki, avtomobilimin çəninin maksimal tutumu 48 litrdir. Çəni tam doldurmadan öncə 8,4 litr benzinin olduğunu göstərirdi. Ancaq çənin "tam" doldurulmasında tam 45 litr benzinin vurulduğu göstərildi. Ancaq avtomobilim çənin tam dolmadığını göstərməsinə və çəndə 8 litr olmasına rəğmən 45 litri hara vurdular görəsən? Bu arada Kamaz sürmürəm”, - deyə sürücü Emil Bayramov bildirib. 

Sürücü məsələ ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxladığını qeyd edib. 

Məsələ ilə bağlı “Azpetrol Ltd.” MMC-nin mətbuat xidmətinin rəhbəri Ülviyyə İsmayılovaya informasiya sorğusu ilə müraciət edilib. 

İbRa


Sürücü “Azpetrol”dan şikayətçidir - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026