• Bakı 24° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bu məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

CƏMİYYƏT

25 Iyun 2025 | 13:01

Bu məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. Məhkumlar xidmətlərini və istehsal etdikləri məhsulları burada təqdim edə biləcəklər.


SON XƏBƏRLƏR