• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Orqan transplantasiyası əməliyyatlarının nəticəsi açıqlanıb

CƏMİYYƏT

25 Iyul 2025 | 11:50

Orqan transplantasiyası əməliyyatlarının nəticəsi açıqlanıb

Cari ildə Azərbaycanda həyata keçirilən orqan transplantasiyası əməliyyatlarından 88-i uğurlu, 5 uğursuz olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, bu il 93 orqan transplantasiyası əməliyyatı icra olunub. Onlardan 47-si böyrək, 30-u qaraciyər, 16-sı isə sümük iliyi transplantasiyasıdır.

Böyrək transplantasiyası əməliyyatlarından 46-sı uğurlu, 1-i uğursuz olub. Qaraciyər transplantasiyalarından isə 26 əməliyyat uğurla nəticələnib, 4-ü ilə bağlı nəticə isə uğursuz olub.

Sümük iliyi transplantasiyası üzrə həyata keçirilən bütün əməliyyatlar isə uğurla başa çatıb.


SON XƏBƏRLƏR

25 Iyul 2025