• Bakı 15° C

    2.52 m/s

Bu ölkədən Fələstinə 65 milyon dollarlıq yardım

DÜNYA

04 Noyabr 2023 | 12:36

Bu ölkədən Fələstinə 65 milyon dollarlıq yardım

Yaponiya İsraili humanitar atəşkəsə çağıraraq Fələstinə 65 milyon dollar əlavə yardım edəcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İsrail və Fələstinə səfər edən Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

Məlumata görə, Yoko Kamikava Tel-Əvivdə İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.

Ölkəsinin HƏMAS və digər qruplaşmaların həyata keçirdiyi terror aktlarını birmənalı şəkildə pislədiyini qeyd edən Kamikava Yaponiyanın İsrail xalqı ilə həmrəy olduğunu bəyan edib.

Girov hadisəsi ilə bağlı narahatlığını ifadə edən Kamikava girovların dərhal azad edilməli olduğunu vurğulayıb. Yaponiyanın Qəzza zolağındakı humanitar vəziyyətdən dərin narahatlıq keçirdiyin deyən Kamikava humanitar atəşkəsin zəruriliyin və bütün tərəflərin beynəlxalq hüquqa uyğun hərəkət etməli olduğunu bildirib.

İsraildən sonra Fələstinə gedən Yoko Kamikava Ramallahda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşüb. Qəzza zolağındakı vəziyyəti dərin narahatlıqla izlədiklərini ifadə edən Kamikava Yaponiyanın HƏMAS və digər qrupların həyata keçirdiyi "terror" hücumlarını birmənalı şəkildə pislədiyini təkrar edib.

Ölkəsinin girovların dərhal azad edilməsi, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi çağırışlarını davam etdirdiyini və bütün tərəflərin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini xatırladan Kamikava Qəzza zolağına lazımi humanitar yardımın çatdırılmasının onların prioriteti olduğunu vurğulayıb.

Yaponiyanın daha əvvəl öhdəsinə götürdüyü 10 milyon dollarlıq təcili yardıma əlavə olaraq Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə 65 milyon dollar humanitar yardım göstərməyə hazır olduğunu bildirən Kamikava ölkəsinin iki dövlət həllini dəstəkləməyə davam etdiyini də sözlərinə əlavə edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026