• Bakı 14° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

DÜNYA

04 Dekabr 2023 | 10:24

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

Hindistanın cənubunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri (İndian Air Forces) “X” platformasında yazıb.

Hindistan HHQ məxsus “Pilatus PC-7 Mk II” təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan pilot və təcrübəçi həlak olub.

Təyyarənin düşdüyü ərazidə mülki şəxslərə və infrastruktura heç bir ziyan dəyməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026