• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Yol qəzasında 12 nəfər YARALANDI

DÜNYA

03 Yanvar 2024 | 09:14

Yol qəzasında 12 nəfər YARALANDI

Kanadanın Toronto şəhərində sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. 

Bildirilib ki, toqquşmanın gücündən avtobus yol kənarına düşüb. Qəza zamanı ictimai nəqliyyatda 14 sərnişin olub ki, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Bundan başqa, minik avtomobilinin sürücüsü də xəstəxanaya aparılıb.

Hadisəyə səbəb avtobus sürücüsünün qarşı zolağa çıxması olduğu güman edilir. 

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR