• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Bu ölkələr vətəndaşlarını Livanı tərk etməyə çağırdı

DÜNYA

28 Iyul 2024 | 23:40

Bu ölkələr vətəndaşlarını Livanı tərk etməyə çağırdı

Norveç, Belçika və Fransanın xarici işlər nazirlikləri işğal altındakı Colan təpələrindəki Məcdəl Şəms qəsəbəsində dünənki futbol meydançasına edilən hücumdan sonra öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmin ölkələrin Xarici İşlər nazirlikləri məlumat yayıb. 

“Məcdəl Şəmsdə futbol meydançasına raket hücumundan sonra regionda baş verən son hadisələri nəzərə alaraq, Federal Dövlət Xarici İşlər Xidməti İsrail, Qüds və Fələstin ərazilərinə, eləcə də Livana bütün səyahətləri qadağan edir. Belçika vətəndaşlarından da Livanı tərk etmələri xahiş olunur”, - Belçika Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Fransa, öz növbəsində, "İşğal altındakı Colan bölgəsindəki Məcdəl Şəmsə edilən və xüsusilə ağır itkilərlə nəticələnən hücumu qəti şəkildə pisləydiyini" bildirib. 

Eyni zamanda, Paris təcili olaraq Fransa vətəndaşlarından Livan, İsrail və ya Fələstin ərazilərinə səyahət etməkdən çəkinməyi tələb edib.

Bu arada, bu səhər Norveç Xarici İşlər Nazirliyi də öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024