• Bakı 15° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Ağ evin təzyiqləri ilə üzləşmişəm - Mark Zukerberq

DÜNYA

27 Avqust 2024 | 21:39 | Müəllif: Subhan Mahmudov

Ağ evin təzyiqləri ilə üzləşmişəm - Mark Zukerberq

"META” şirkətinin baş direktoru Mark Zukerberq COVID-19 pandemiyası ilə bağlı kontentə məhdudiyyət tətbiq etməsi üçün Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiklərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki,  M.Zukerberq Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçılar Partiyasından olan sədri Cim Cordana ünvanladığı məktubda bildirib ki, Ağ ev rəsmiləri COVID-19 pandemiyası zamanı bu məzmunda kontentin, o cümlədən yumor və satirik məzmunlu paylaşımların silinməsi üçün aylarla təzyiq göstərib.

“Hökumətin təzyiqinin yanlış olduğuna düşünürəm və bu barədə daha açıq danışmadığımız üçün təəssüf edirəm”, - deyən M.Zukerberqin məktubunun mətni komitənin feysbuk səhifəsində və tviter hesabında yerləşdirilib. “META” şirkətinin qurucusu belə təzyiqlərlə təkrar üzləşəcəyi halda yenə rədd edəcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR