q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian AÇIQLADI

DÜNYA

26 Sentyabr 2024 | 17:50

İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian AÇIQLADI

İranın I vitse-prezidenti Məhəmməd Rza Arefin yaxın günlərdə Ermənistana səfər edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə I vitse-prezident  Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, - İran prezidenti X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.


SON XƏBƏRLƏR

13 May 2026