• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

DÜNYA

26 Oktyabr 2024 | 17:49 | Müəllif: Gülşən Şərif

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

“Hizbullah” təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.

“İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar”, - məlumatda deyilir.

Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini elan ediblər. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR