"Filippinin paytaxtının yaşayış massivində baş verən güclü yanğından sonra ən azı 2000 ailə evsiz qalıb".
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bunu Manila yanğınsöndürmə xidmətinin sözçüsü Alejandro Ramos jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yanğın səhər saatlarında başlayıb. Yanğın nəticəsində yüngül və tez alışan materiallardan tikilmiş 1000-ə yaxın ev məhv olub:
"Dar küçələr yanğınsöndürənlərin işini çətinləşdirib. Hələlik itkilər barədə məlumat yoxdur, lakin bir neçə yanğınsöndürən yaralanıb. Yanğının başvermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb".
Filippin Sahil Mühafizəsi yanğının qarşısını almaq üçün 4 yanğınsöndürən gəmi və 30-a yaxın yanğınsöndürən maşın göndərilib.
Gülşən Şərif