"ABŞ-nin atəşkəs təklifini qəbul etmək üçün Hizbullah və İsrailə təzyiq edilməlidir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Livan ordusuna dəstək üçün 200 milyon dollar ayırmağa hazırdır:
"Biz İsrail hökumətinə və Hizbullaha təzyiq göstərməyə davam etməliyik ki, onlar ABŞ-nin atəşkəs təklifini qəbul etsinlər. Bu təklif İsrail hökuməti ilə yekun təsdiq mərhələsindədir. Livan Avropanın dəstəyinə ümid edir, bu ona siyasətdə və iqtisadiyyatda kömək edəcək, eləcə də bütün sahələrdə ordunun rolunu gücləndirəcək".
Gülşən Şərif