İndoneziyanın Sumatra adasında baş verən qəfil daşqın və torpaq sürüşmələrində 16 nəfər həyatını itirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, baş verən hadisələrlə bağlı İndoneziya rəsmiləri açıqlama verib.
Belə ki, leysan yağışların səbəb olduğu torpaq sürüşmələrinin bir çox bölgələrdə evləri uçurduğu, təsərrüfatların dağıldığı bildirilib.
Təbii fəlakətlərdə 16 nəfərin həyatını itirdiyi qeyd edilib.
Diqqətə çatdırılıb ki, axtarış-xilasetmə işləri davam etdirilir.
Əli Hüseynov