• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Almaniya Ukraynada 4 ədəd hərbi təyinatlı zavod tikir

DÜNYA

26 Oktyabr 2024 | 17:05 | Müəllif: Əli Hüseynov

Almaniya Ukraynada 4 ədəd hərbi təyinatlı zavod tikir

Almaniyanın “Rheinmetall” korporasiyası Ukrayna ərazisində hərbi məqsədlər üçün istifadə olunacaq 4 ədəd zavodun inşasını davam etdirir.

Bakıvaxtı.az-ın “unian“a istinadən xəbərinə görə, bu barədə korporasiyadan açıqlama verilib.

Qeyd olunub ki, ümumilikdə tikilməsi nəzərdə tutulan zavodlardan biri, hərbi təyinatlı nəqliyyat vasitələri istehsal edən müəssisə artıq fəaliyyətdədir.

İşə düşəcək müəssisələrdən sonuncusu isə hava hücumundan müdafiə sistemlərinin yaradılması ilə məşğul olacaq. /apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026