"Hərbiçi, mühəndis, müəllim, həkimlərin kirayə haqqı məsələsinə bir daha baxılmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Təkliflərini səsləndirən deputat həmçinin bildirib ki, sənədi olmayan evlərin sənədləşdirilməsi sürətləndirilməlidir.
S.Novruzov onu da qeyd edib ki, torpaqların kateqoriyasını dəyişmək üçün 6 nazirlikdən icazə alınmalıdır:
"Buna görə də insanlar torpaqlarından istifadəni lazımi şəkildə həyata keçirə bilmirlər. Bu məsələyə bir daha baxmaq lazımdır".
Mina Mikayılova