“Azərişıq” ASC 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərlə bağlı maraqlı yeniliyə davam edir. Belə ki, Ağdan və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları da bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq”.
Bunu jurnalistlər üçün keçirilən birifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.
V.Mustafayevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: “Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o düməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".
Qeyd edək ki, abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün, ay və il) qeyd edilir. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.
Ramid İbrahimov
Bakıvaxtı.az
















