• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həmin müğənni həbs olunmalıdır – Millət vəkilindən sərt reaksiya

CƏMİYYƏT

09 Iyul 2021 | 11:29

Həmin müğənni həbs olunmalıdır – Millət vəkilindən sərt reaksiya

“Eurovision – 2016” təmsilçimiz Səmra Rəhimlinin “Azn” adlı yeni klipi müzakirələrə səbəb olub. İfaçının yeni ekran işində açıq-saçıq görüntülər və narkotikdən istifadəyə dair şübhəli məqamlar yer alıb.

Bundan əlavə, klipdə Səmranın açıq-saçıq geyimdə Azərbaycanın tanınmış şairi Mirzə Ələkbər Sabirin portreti önündə çəkdirdiyi şəkil sosial şəbəkələrdə tənqid olunub.

Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlər vaxtaşırı gündəmə gəlir: “Biri Nəsiminin qəzəli ilə, biri də belə gündəmə gəlmək istəyir. Bu, ağıllı davranış deyil. Təbii ki, biz hamının dünyagörüşünə, düşüncəsinə müdaxilə edə bilmərik. Lakin tövsiyyə olunur ki, ağıllı hərəkət eləsinlər, daha sayğılı olsunlar ədiblərimizə qarşı. Klassiklərimizi lağ-lağı obyektinə çevirmək qeyri-insanı davranışdır”.

Fazil Mustafa qeyd edib ki, bu kimi məsələləri çox qabartmaq lazım deyil ki, ənənəyə çevrilməsin: “Bir nəfər durub hokkabazlıq edirsə, onu durub təhlükə kimi görməyin mənası yoxdur. Efirlərdə bu kimi kliplərin tirajlanması heç də doğru deyil, yanlışdır. Bunu efir məsuliyyəti daşıyan adamlar diqqətdə saxlamalıdır. Çünki bu kimi məsələlər gələcəkdə həmin kanallara problem yaradacaq”.

“Əgər qeyd olunan klipdə narkomaniyanın təbliği aparılırsa, həmin müğənni məsuliyyətə cəlb olunmalıdır və müəyyən bir müddətdə həbs olunmalıdır. Narkomaniyanı təbliğ edən hər kəsə qarşı amansız mübarizə aparılmalıdır” – deyə, Fazil Mustafa bildirib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026