• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

CƏMİYYƏT

08 Avqust 2021 | 09:51 | Müəllif: Subhan Mahmudov

“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü açılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Kolanı kənd sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə soyğunçuluq məqsədilə qanunsuz daxil olmaq istədiyi də müəyyən edilib.

R.Novruzov barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026