• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bu şəxslər 12 min manatadək cərimələnəcək

İQTİSADİYYAT

07 May 2024 | 13:39

Bu şəxslər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.


SON XƏBƏRLƏR

18 May 2024