""Türk axını" və “"Mavi axın" təbii qaz kəmərlərini qoruyan gəmilər mütəmadi olaraq hücuma məruz qalır".
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O, Ukrayna əsgərlərinin bir neçə gün əvvəl Rusiyadan Türkiyəyə gedən təbii qaz kəmərinin kompressor stansiyasına pilotsuz təyyarə ilə hücum etməyə cəhd etdiyini, lakin pilotsuz uçuş aparatının elektron döyüş avadanlıqları ilə qarşısının alındığını bildirib.
"Təxminən 10 gün əvvəl Ukraynaya məxsus pilotsuz təyyarələr Qara dəniz sahilində yerləşən və Türkiyəyə qaz nəql olunan qaz-kompressor stansiyasına hücuma cəhd edib. İki pilotsuz təyyarə Rusiya ordusunun elektron müharibə sistemi qüvvələri tərəfindən sıxışdırıldı və onlar Qara dəniz sahilindəki qaz nasos stansiyasının yaxınlığında qəzaya uğradılar" - deyə Putin qeyd edib.
Gülşən Şərif



jpg-1720248443.webp)










jpg-1720096825.webp)

