• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Bu şəxslər prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər

SİYASƏT

22 Oktyabr 2024 | 16:15

Bu şəxslər prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər

Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə edilən dəyişiklikdə öz əksini tapıb.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR