Əpl şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracağını açıqlamaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və Əpl şirkətinin baş direktoru Tim Kuk bununla bağlı bu gün birlikdə bəyanat verəcəklər.
Ağ Ev rəsmisinin sözlərinə görə, yeni sərmayə Əpl şirkətinin ABŞ istehsalı üçün öhdəliyini növbəti dörd il ərzində 600 milyard dollara qədər artıracaq. Bu, həm də şirkətin tariflərdən yayınması üçün atılan addım kimi dəyərləndirilir.