• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu şirkət məhkəməyə verilib: XARİCƏ PUL ÇIXARIB, AMMA... 

CƏMİYYƏT

08 Fevral 2022 | 17:37

Bu şirkət məhkəməyə verilib: XARİCƏ PUL ÇIXARIB, AMMA...

Respublika Narkoloji Mərkəzinin tenderlərində dəfələrlə qalib olub, dövlət büdcəsinə vergi borcu olan “Gelten Business Group” MMC məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb MMC-nin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.

Belə ki, “Gelten Business Group” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub. 

Tərtib olunan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirovun icraatına verilib.

Qeyd edək ki, “Gelten Business Group” MMC-nin 16 min 319 manat borcu var.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026