Xəbər verdiyimiz kimi, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Bakıvaxtı.az xəbərə görə, qərara əsasən 2022-ci il martın 6-dan etibarənşənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti də ləğv edilib. Toy və şənlik mərasimi edən şəxsin məlumatları “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb isə qüvvədə saxlanılır. Qaranlıq qalan məqam odur ki, say limiti olmadığı halda nə üçün portaldan icazə alınmalıdır?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, hazırda pandemiya davam edir, pandemiya bitməyib: “Nəzarət, proflaktik tədbirləri effektiv həyata keçirmək, hansı şadlıq evində, müəssisədə toy varsa, toyun norma və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə “icaze.e-gov.az” portalına məlumatların daxil edilməsi diqqətdə saxlanılmalıdır. Portalda say limiti yoxdur, sadəcə tədbirin keçirildiyi vaxt və ünvan haqqında məlumat verilməlidir. Əlavə hansısa sual yaranmamalıdır”.
Aytac Aslan
















