• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

CƏMİYYƏT

09 Aprel 2022 | 15:03 | Müəllif: Qalib İbrahimoğlu

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026