• Bakı 24° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Smartfonun düz tutulmaması onurğa əyriliyinə səbəb olur

CƏMİYYƏT

09 May 2022 | 07:22 | Müəllif: Qalib İbrahimoğlu

Smartfonun düz tutulmaması onurğa əyriliyinə səbəb olur

Smartfonların bel, onurğa üçün təhlükəsi tapılıb.

Bakıvaxtı.az bakupost.az-a istinadla  xəbər verir ki, bioloji elmlər namizədi, həkim Nataliya Polovodova hər gün başı əyərək telefona baxmağın onurğaya və beləş fəsadlarından danışıb.

Onun sözlərinə görə, uşaq və böyüklərdə smartfonun düz tutulmaması onurğa əyriliyinə gətirib çıxara bilər.

“Problem boyun şöbəsində başlayır, daim boynunu aşağı əyib telefona baxmaq boyun və onurğaya narahat vəziyyət yaradır. Mexaniki yüklənmə baş verir, əzələlər gərginləşir, başda, boyunda, beldə ağrılar başlayır. Telefona eyni vəziyyətdə 15-20 dəqiqədən çox baxmaq olmaz.

Çox valideynlər elə düşünür ki, uşaqlarda skolioz qaməti düz tutmamaq, dərsdə yazı yazmaqdandır. Lakin əsas səbəb telefondur.

Telefona çox baxmaq səbəbindən gözlər də zəifləyir, uzaqdan görmə pozulur. Gecələr qaramlıqda telefona baxmaq çox zərərlidir.

Əgər boyun, beldə ağrılar varsa, telefona nə qədər vaxt sərf etdiyinizi, necə baxdığınızı təhlil edin. Telefonla təması azaldın”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026