• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda yol polisinin manevrləri müzakirələrə səbəb oldu - VİDEO

CƏMİYYƏT

09 May 2022 | 14:03

Bakıda yol polisinin manevrləri müzakirələrə səbəb oldu - VİDEO

Bakıda yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini  diqqətə çatdırıb:

“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.

DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.

+++

Qeyd edək ki, Bakı şəhərində yol polisi əməkdaşı xidməti avtomobillə qaydaları kobud şəkildə pozub. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, yol polisi Heydər Əliyev prospektində manevr qaydalarını dəfələrlə pozaraq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bu zaman həmin xidməti avtomobildə sayrışan işıqlar və səs siqnalı qoşulmayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qayda pozan patrul avtomobili 99-YP-279 dövlət nömrə nişanlı YPX maşınıdır.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026