• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Buzovna çimərliyi yenə hasarlandı - VİDEO

CƏMİYYƏT

08 Iyun 2022 | 11:02

Buzovna çimərliyi yenə hasarlandı - VİDEO

Çimərlik mövsümünün başlamasına az qalıb, lakin Xəzər dənizinin Buzovna çimərliyindəki müəyyən hissə hasara alınıb. Dəniz kənarında dincəlmək üçün sakinlər hasarları aşmaq üçün müəyyən kilometr yol qət etməli olacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı ARB24 süjet hazırlayıb.

Bildirilib ki, məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, qurum hadisədən xəbərdardır, lakin icazənin onların deyil, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) verdiyi qeyd olunub. 

BŞİH isə ərazinin Xəzər Rayon İcra Hakimiyyətinin balansında olduğu əlavə edilib.

Qeyd edək ki, daha əvvəl də Xəzər rayon ərazisində torpaq sahələri qanunsuz zəbt edilmişdi. Sakinlərin şikayətindən sonra özbaşına tikinti sökülmüşdü.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026