• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

QMİ-nin qarşısında QANUNSUZ PARKLANMA 

CƏMİYYƏT

08 Iyul 2022 | 09:40

QMİ-nin qarşısında QANUNSUZ PARKLANMA

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) vətəndaşlardan dövlət ehtiyacları üçün satın alınan torpaq sahəsini avtomobil dayanacağı etdiyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, Yasamal rayonu, keçmiş “Sovetski” adlanan ərazidə vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qismin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə satın alındı. Bu işlərin aparılması üçün dövlət büdcəsindən vəsait ayrıldı və vətəndaşlara təzminat ödənildi. 

QMİ-nin inzibati binasının yaxınlığında, dövlət ehtiyacları üçün alınmış ərazidə sökülən obyektlərin ərazisində qanunsuz olaraq parklanma təşkil olunub. Bu barədə saytımıza məlumat verən sürücü bildirib ki, özünü QİM-in mühafizəçiləri kimi təqdim edən şəxslər idarənin yaxnılığındakı boş ərazidə avtomobilini park edən sürücülərdən qeyri-qanuni olaraq ödəniş tələb edirlər.

Mühafizəçilər onların qanunsuz tələbinə əməl etməyənlərə "Burada bir də burada maşın saxlama" xəbərdarlığını edirlər.  

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib ki, sorğuya cavab üçün mətbuat xidmətinə mraciət edin. Mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

İbRa  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026