• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yaşıl çayın daha bir FAYDASI

CƏMİYYƏT

07 Avqust 2022 | 01:33 | Müəllif: Qalib İbrahimoğlu

Yaşıl çayın daha bir FAYDASI

Sağlamlıq üçün bir çox faydaları ilə tanınan yaşıl çayın daha bir perspektivli faydası üzə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, ekspertlərin yaşıl çayın metabolik sindroma təsirini araşdırarkənmüəyyən olunub. "Earth.com" saytında yer alan məlumata görə, metabolik sindrom şəkərli diabet, yüksək qan təzyiqi (hipertoniya) və piylənmənin birləşməsini ifadə edən tibbi termindir.

Nəticələr yaşıl çayın bağırsaq iltihabını azaltmağa, həmçinin bu sindromu olan insanlarda qanda şəkərin səviyyəsini aşağı salmağa qadir olduğunu göstərib.

Ohayo Dövlət Universitetindən Riçard Brunonun sğzlərinə görə, əvvəlki tədqiqatlar dəfələrlə göstərib ki, insanlar yaşıl çayı daha tez-tez qəbul etdikdə onlarda xolesterin, trigliserid və qlükozanın səviyyəsi yaxşılaşır. Lakin heç bir araşdırma onun faydasını bağırsaqla əlaqələndirməyib. 

Tədqiqatçılar müəyyən ediblər ki, plasebo qəbul edənlərlə müqayisədə yaşıl çay ekstraktına üstünlük verənlərin qanında şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur. Araşdırma zamanı, həmçinin bağırsaq iltihabının da azaldığı müşahidə edilib.

Alimlərə görə, tədqiqat hazırda müalicəsi çox çətin olan metabolik sindromun yeni müalicə üsullarına yol açır. Qeyd olunub ki, lakin bunun üçün mütləq əlavə tədqiqatlar aparılmalıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026