"Qlobal iqtisadi böhran riski daha da artmaqdadır. Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVID-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsrsiz ötüşmür".
Bakıvaxtı.az xəbər verir kiİ, bunu millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. Deputat qeyd edib ki, “qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib.
"Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".
Avronun da kəskin ucuzlaşmaqda olduğunu deyən V.Bayramov bildirib ki, Ukraynda savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb: "Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir".
Millət vəkilinin sözlərinə görə, qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatilik növbəti aylarda da davam edəcək. "Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək. Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur", - deyə Vüqar Bayramov vurğulayıb.
Nuranə Daxilqızı
















