Qusar rayonunda kanalda yeniyetmə batıb.
Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
















