Qurban bayramı ilə əlaqədar iyulun 9-dan 4 gün ardıcıl iş olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda iyulun 9-u və 10-da Qurban bayramı qeyd ediləcək.
Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.
















